Şimali Koreya Ukraynada öldürülən əsgərləri üçün böyük xatirə şəhəri saldı
Dünya
27.04.2026 14:49
Şimali Koreya paytaxt Pxenyan şəhərində Ukrayna müharibəsində Rusiya ilə birlikdə döyüşərkən həlak olan əsgərlərə həsr olunmuş yeni muzey açıb.
TodayPress TV xəbər verir ki, bu barədə "KCNA" məlumat yayıb.
Açılış mərasimi 26 apreldə keçirilib. Tədbir həm də Rusiyanın Kursk bölgəsində əməliyyatın başa çatmasının ildönümünə təsadüf edib.
Mərasimdə Şimali Koreya lideri Kim Çen In və Rusiyadan yüksək vəzifəli şəxslər iştirak ediblər.
Cənubi Koreya kəşfiyyatına görə, Şimali Koreya Rusiyaya dəstək üçün təxminən 15 min əsgər göndərib, onların təxminən 2 mini həlak olub. Rəsmi rəqəmlər isə açıqlanmayıb.
Kim Çen In çıxışında həlak olan əsgərləri qəhrəman adlandırıb və onların Rusiya ilə birlikdə “qələbəyə töhfə verdiyini” bildirib. O, həmçinin ABŞ və müttəfiqlərini müharibədə ittiham edib.
Türkan İsgəndərli
tag: Şimali Koreya,Rusiya,Ukrayna,Əsgər,Todaypress.tv,
