Silahlanmaq yoxsa danışmaq? - London Avropaya yeni yol xəritəsi göstərdi

Silahlanmaq yoxsa danışmaq? - London Avropaya yeni yol xəritəsi göstərdi
16.11.2026 05:08 Dünya

Avropa hərbi toqquşma riskini azaltmaq məqsədilə Rusiya ilə danışıqları intensivləşdirməlidir.

TodayPress TV xəbər verir ki, bu qənaətə Böyük Britaniyanın Birgə Kəşfiyyat Komitəsinin keçmiş rəhbəri Saymon Qass “Financial Times” nəşri üçün yazdığı məqalədə gəlib.

Onun sözlərinə görə, NATO-nun Avropalı üzvləri müharibəyə hazırlaşmağa sərf etdikləri qədər onun qarşısını almaq üçün də səy göstərməlidirlər.

Qass qeyd edib ki, Soyuq müharibədən sonra yaradılmış silahlara nəzarət mexanizmləri, demək olar ki, fəaliyyətini dayandırıb. Bundan əlavə, Rusiya ilə mülki və hərbi əlaqə kanalları demək olar ki, tamamilə bağlanıb.

Ekspertin fikrincə, bütün bunlar tərəflərin bir-birinin niyyətlərini yanlış qiymətləndirməsi riskini artırır. Nəticədə gərginliyin daha da yüksəlməsinə səbəb ola biləcək eskalasiya spiralı yarana bilər.

Aysel Mətləb

XƏBƏR LENTİ
16 NOYABR 2026
Bütün Xəbərlər