Sikorski: "Navrotskinin vetosu ölkəni iflic vəziyyətinə salacaq"
Dünya
01.12.2025 11:26
"Polşa Prezidenti Karol Navrotskinin hökumət qanun layihələrinə veto qoyması dövlətin iflic olmasına gətirib çıxarır".
TodayPress TV xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.
“Xatırladıram ki, 1997-ci il Konstitusiyasına uyğun olaraq, prezidentin vetosu qanunun aliliyinin qorunmasına xidmət etməlidir, hökumətlə mübarizə vasitəsi olmamalıdır. Məncə, bu dövlətin iflic olmasına gətirib çıxarır”, - deyə o vurğulayıb.
Xatırladaq ki, noyabrın 27-də Navrotski iki qanun layihəsinə veto qoyub. Biri seçki məcəlləsinə düzəlişlər haqqında, digəri isə ailə fondlarının vergiyə cəlb edilməsi haqqında. O, veto hüququnu yalnız vətəndaşların maraqları, qanunların şəffaflığı, dövlətin sabitliyi tələb etdikdə həyata keçirdiyini izah edib.
Aysel Mətləb
tag: Radoslav Sikorski,Polşa,Karol Navrotski,Veto,Todaypress.tv,
