Sergey Lavrov Uitkoffun Moskvaya səfərindən danışdı

Dünya

14.01.2026 15:36

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı danışıqlara hazırdır.

TodayPress TV  xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, əgər bu danışıqlar ciddi olacaqsa, Putin buna hazırdır.

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşnerin Moskvaya mümkün səfəri ilə bağlı suala cavab verən Lavrov Rusiya lideri ilə ABŞ nümayəndələri arasında əvvəlki bütün görüşlərin ciddi olduğunu vurğulayıb:

“Putinin Uitkoff və Kuşnerlə görüşləri ciddi olub və Ukraynadakı böhranın köklü səbəblərini aradan qaldırmağa yönəlib”.

Lavrov əlavə edib ki, Moskva Uitkoff və Kuşnerlə təmaslara açıqdır və onların maraqları Rusiya tərəfindən anlayışla qarşılanacaq.

Qeyd edək ki, “Bloomberg“ in mənbələrinə görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cerad Kuşnerin tezliklə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşmək niyyətində olduğuna dair məlumat yayıb.

Jalə Rövşən 

TodayPress TV

tag: Stiv Uitkoff ,Cerad Kuşner,ABŞ,Sergey Lavrov ,Todaypress.tv,