Serbiya və İsrail birgə PUA istehsal edəcəklər
Serbiya İsrail ilə birlikdə döyüş pilotsuz uçuş aparatları (PUA) istehsal edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə ölkə prezidenti Aleksandr Vuçiç bildirib.
“Biz dünyanın bu hissəsində ən yaxşı pilotsuz uçuş aparatlarına sahib olacağıq", - deyə Vuçiç vurğulayıb və əlavə edib ki, bu PUA-lar ucuz olmayacaq. Həmçinin zirehli texnikanın məhv edilməsi üçün çox effektiv olacaqlar.
Serbiya Prezidenti gələcək istehsalın təfərrüatlarını açıqlamayıb.
Aysel Mətləb