SEPAH İranı yeni müharibəyə hazırlamağa başladı

Dünya

24.04.2026 11:19

İranda hakimiyyət İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüksək rütbəli komandirlərinin əlinə keçmiş ola bilər.

TodayPress TV  xəbər verir ki, bu barədə "The New York Times" yazıb.

Bildirilib ki, İsrailin Əli Xamenei də daxil olmaqla İranın siyasi rəhbərliyinin əsas fiqurlarını aradan qaldırmasından sonra səlahiyyət rəsmi olaraq onun oğlu Müctəba Xameneiyə deyil, İİKK komandirlərindən ibarət kollektiv rəhbərliyə keçib.

İddialara görə, Müctəba Xamenei fevralın 28-də baş verən hücum zamanı ağır xəsarət alıb və hazırda hərəkətsiz vəziyyətdədir; onun çoxsaylı əməliyyatlara ehtiyacı var.

Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin öldürülməsi isə İsrail və ABŞ tərəfindən strateji səhv kimi qiymətləndirilir. İİKK-nın döyüşləri davam etdirməsi gözlənildiyi halda, İranda danışıqlar aparacaq aydın və legitim tərəfin qalmadığı bildirilir.  

Jalə Rövşən 

TodayPress TV

tag: Müctəba Xamenei ,İslam İnqilabı Keşikçiləri Korpusu,İran ,ABŞ,