Şekspirin evi dağılır
Dünya
28.04.2026 19:45
Məşhur ingilis dramaturqu Uilyam Şekspirin ailəsinə məxsus olan Stratford-upon-Avondakı tarixi Hol Manor evi avtomobilin çırpılması nəticəsində ciddi ziyan görüb və dağılma təhlükəsi ilə üzləşib.
TodayPress TV xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat yayıb.
Hadisə 2025-ci ilin oktyabrında baş verib. Qəza nəticəsində binanın divarlarından birinə ciddi zərər dəyib. Şekspir Doğum Yeri Tresti (SBT) nümayəndələri bildirib ki, 400 ildən çox yaşı olan və Dünya İrsi Siyahısına daxil edilmiş bu abidə “müstəsna tarixi əhəmiyyətə” malikdir və onun qorunması vacibdir.
Təşkilat binanın bərpa olunacağını və zədələrin aradan qaldırılması üçün işlər görüləcəyini açıqlayıb.
Hol Manor Şekspirin qızı Susanna və onun həyat yoldaşı Con Holla məxsus olub və cütlük 1616-cı ilə qədər burada yaşayıb. Sonrakı dövrlərdə binada internat məktəbi fəaliyyət göstərib, daha sonra isə məşhur şəxslərin yaşadığı şəxsi yaşayış evinə çevrilib.
Türkan İsgəndərli
tag: Şekspir,Ev,Zədə,Bina,Todaypress.tv,
