Seçki öncəsi Ermənistan qarışdı: Saxlanılanlar var

Dünya

22.05.2026 21:15

Ermənistanda biznesmen Qagik Sarukyanın tərəfdarları saxlanılıblar.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya Komitəsi məlumat yayıb.

Məlumata görə, iyunun 7-də ölkədə keçiriləcək parlament seçkisi ərəfəsində müxalif "Çiçəklənən Ermənistan" partiyasının tərəfdarları seçiciləri ələ almaqda ittiham olunurlar.

Qurumun bəyanatında bildirilir ki, Antikorrupsiya Komitəsinin əməkdaşları Tavuş vilayətində partiya nümayəndələrinin seçicilərə rüşvət verməsi, onları seçkidə həmin partiyaya səs verməyə təşviq etməsi və yeni tərəfdarlar cəlb etməsi ilə bağlı faktlar əldə ediblər.

TodayPress TV

tag: Ermənistan,Seçki,Həbs,Dünya,Todaypress.tv,