Saratovda Ozon anbarına dron hücumu: Yanğın başladı, sifarişlər dayandırıldı - VİDEO

Saratovda Ozon anbarına dron hücumu: Yanğın başladı, sifarişlər dayandırıldı - VİDEO
11.09.2026 08:28 Dünya

Rusiyanın Saratov şəhərində yerləşən Ozon logistika mərkəzinə dronlarla hücum edilib.

TodayPress TV xəbər verir ki, şirkətin açıqlamasına görə, hücum nəticəsində logistika və çatdırılma mərkəzində yanğın baş verib.

İlkin məlumata əsasən, xəsarət alan yoxdur. Hadisədən sonra Ozon Saratov və ətraf ərazilərdə yeni sifarişlərin qəbulunu və çatdırılmasını müvəqqəti dayandırıb.

Şirkət bildirib ki, anbarda olan bəzi məhsullar onlayn satışdan çıxarılacaq. Bir sıra sifarişlər ləğv ediləcək, digərləri isə başqa logistika mərkəzlərindən müştərilərə göndəriləcək.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər