Sandu: "Rumıniya ilə birləşmə Aİ-yə yolumuzu aça bilər"
Dünya
28.04.2026 16:51
Moldova prezidenti Maya Sandu bildirib ki, ölkənin Rumıniya ilə birləşməsi Avropa İttifaqına daha sürətli inteqrasiyaya kömək edə bilər.
TodayPress TV xəbər verir ki, o, bu fikirləri Fransanın "Le Monde" qəzetinə müsahibəsində səsləndirib.
Sandunun sözlərinə görə, belə bir addım ölkənin Avropa İttifaqına qoşulma prosesini sürətləndirə və Moldovaya əlavə dəstək verə bilər. Bununla yanaşı, prezident vurğulayıb ki, Rumıniya ilə birləşmə yalnız vətəndaşların əksəriyyətinin dəstəyi ilə mümkün ola bilər.
O, həmçinin Moldovanın Aİ-yə üzvlüyü üçün alternativ variant kimi Dnestryanı regionu olmadan inteqrasiyanı da qeyd edib.
Qeyd edək ki, 2026-cı ilin yanvarında Maya Sandu mümkün referendum keçirilərsə, Rumıniya ilə birləşməyə səs verəcəyini açıqlayıb və mövcud geosiyasi vəziyyəti bu addım üçün əlverişli hesab edib.
Türkan İsgəndərli
tag: Moldova,Rumıniya,Aİ,Sandu,Todaypress.tv,
