“Ruslar getsə, türklər gələcək” - Ermənilərin canına qorxu düşdü

“Ruslar getsə, türklər gələcək” - Ermənilərin canına qorxu düşdü
11.09.2026 20:30 Dünya

Ermənistanda 102-ci Rusiya hərbi bazasının çıxarılması məsələsi gündəmə gəlib.

TodayPress TV-nin məlumatına görə, “Güclü Ermənistan” blokunun lideri, biznesmen Samvel Karapetyan bildirib ki, Rusiya hərbi bazası ölkədən çıxarılsa, onun yerində Türkiyə hərbi bazasının yerləşdirilməsi mümkündür.

O, Baş nazir Nikol Paşinyanın 102-ci Rusiya hərbi bazasının Ermənistandan çıxarılmasına etiraz etmədiyini bildirməsini şərh edərkən deyib ki, Ermənistan ərazisində ya Rusiya, ya da Türkiyə hərbi bazası olacaq.

“Biz himayəsiz qalacağıq. Yaxud ərazimizdə Türkiyə bazası olacaq. Nəhayət, orada hansısa baza olmalıdır. Ya Rusiya, ya da Türkiyə bazası olacaq – seçimi siz edin”, - Karapetyan jurnalistlərə açıqlamasında bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər