Ruslar əyləncə məqsədilə dinc sakinləri "ovlayır" - Şok
Rusiya İkinci Dünya müharibəsi ilə müqayisə edilə biləcək miqyasda hərbi cinayətlər törədir. Rusiya ordusu ukraynalı hərbi əsirlərə sistematik şəkildə işgəncə verir və onları öldürür, həmçinin mülki infrastruktura, o cümlədən yaşayış evlərinə, ticarət mərkəzlərinə, məktəblərə və kommunal təsərrüfat obyektlərinə qəsdən zərbələr endirir.
TodayPress TV Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ ordusunun istefada olan polkovniki Con Feyrlamb deyib.
"Son dövrlərdə baş verən ən iyrənc hadisələrdən biri Rusiya ordusunun bölmələrinin əyləncə məqsədilə dronlardan istifadə edərək mülki sakinləri "ovlamasıdır". Ukraynalılar bunu “insan safarisi” adlandırırlar.
Rusiyanın Ukraynaya müdaxiləsindən bəri beynəlxalq təşkilatlar, jurnalistlər, insan hüquqları müdafiəçiləri və ukraynalı müstəntiqlər qanunsuz qətllər, işgəncələr, cinsi zorakılıq, məcburi deportasiyalar, mülki infrastruktura qəsdən hücumlar və beynəlxalq humanitar hüququn genişmiqyaslı pozulması ilə bağlı sübutları sənədləşdiriblər", – o bildirib.