Rusiyanın neft “qapısı bağlandı” - Dronlar hər şeyi alt-üst etdi
Rusiyanın Qara dənizdəki ən böyük neft terminalı dron hücumundan sonra fəaliyyətini dayandırıb.
TodayPress TV xəbər verir ki, “Reuters”in məlumatına görə, Rusiyanın Novorossiysk limanındakı “Şesxaris” neft terminalında neft yüklənməsi dayandırılıb.
Gündəlik təxminən 700 min barel neftin daşındığı terminal hücumdan sonra neft qəbulunu da dayandırıb. Agentliyin mənbələrindən biri bildirib ki, çənlər maksimum doluluq həddinə çatdığı üçün limana yeni neft qəbul edilmir.
“Şesxaris” Rusiyanın Qara dənizdə yerləşən əsas neft ixrac terminallarından biridir. İyul ayında Novorossiysk vasitəsilə gündəlik təxminən 1 milyon barel neft ixrac edilib.
Kübra Musayeva