Rusiyanın ən böyük düşməni İrəvanda: Kreml saatları sayır...
Ukrayna Prezidenti Volodimir Zelenski İrəvana səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Analitiklərin fikrincə, əgər Zelenski İrəvana səfər etsə, bu, Ermənistanın xarici siyasəti üçün dönüş nöqtəsi ola bilər. Bu dəyişiklik yalnız Rusiya ilə münasibətlərin köklü şəkildə yenidən nəzərdən keçirilməsi baxımından deyil, həm də Avropa İttifaqına yaxınlaşma istiqamətində mühüm siqnal kimi qiymətləndirilir. Belə bir addım Ermənistanın Rusiya ilə münaqişə fonunda Qərbin mövqeyinə daha açıq şəkildə yaxınlaşması kimi şərh olunur.
Bakı artıq bu istiqamətdə öz seçimlərini müəyyən edib. Lakin Azərbaycanın Prezidenti İlham Əliyevin Türkiyə və İsrail ilə əlaqələrə söykənən geniş siyasi dəstək bazası olduğu halda, Ermənistanın bu baxımdan hansı dayaq nöqtələrinə malik olduğu sual doğurur.
Eyni zamanda, Ermənistan hökuməti hazırda “Tramp marşrutu” çərçivəsində Zəngəzur dəhlizinə alternativ layihə yaratmaq cəhdlərinə görə və İsraili Müstəqillik Günü münasibətilə təbrik etməsi səbəbilə ciddi tənqidlərə məruz qalır.
Jalə Rövşən