Rusiyanın "bazarları bağlandı" - yalnız bu "bazar"dan başqa... -FOTO

Rusiyanın "bazarları bağlandı" - yalnız bu "bazar"dan başqa... -FOTO
24.07.2026 12:54 Dünya

Avropa İttifaqının təsdiqlədiyi 21-ci sanksiya paketindən sonra Rusiyanın neft ixracına təzyiq daha da artıb.

TodayPress TV xəbər verir ki, yeni sanksiyalar çərçivəsində Rusiya neftinə tətbiq olunan 44 dollar/barrel qiymət tavanının müddəti daha 12 ay uzadılıb.

Hazırda Rusiya neftini əsasən  yalnız Türkiyə bazarında sata bilir.

Bununla yanaşı, Rusiyanın "kölgə donanması"na aid 30 gəmi, çoxsaylı banklar, kriptovalyuta və neft ticarəti platformaları, eləcə də 250-dən çox fiziki şəxs və şirkət sanksiya siyahısına daxil edilib.

Qeyd edək ki, qərarda Yunanıstan üçün istisna da nəzərdə tutulub. Belə ki, 2022-ci ildən əvvəl bağlanmış müqavilələr əsasında Rusiya LNG-sinin Avropa İttifaqından kənar ölkələrə daşınmasına icazə verilib.


Jalə Rövşən 


XƏBƏR LENTİ
24 IYUL 2026
Bütün Xəbərlər