Rusiyanı peykdən vurdular - Növbə İrana çatır
Rusiyanın "Kosmos" seriyasına aid hərbi kosmik aparatlarının Ukrayna Silahlı Qüvvələrinin istifadə etdiyi ICEYE peyklərinə yaxın orbitə keçdiyi iddia olunur.
TodayPress TV xəbər verir ki, orbital izləmə xidmətlərinin məlumatına əsasən, Rusiyanın "Kosmos-2609" – "Kosmos-2614" aparatları orbitlərini dəyişərək Finlandiyanın ICEYE şirkətinə məxsus radar müşahidə peykləri ilə eyni orbital səviyyəyə daxil olub.
Bu manevrlər Rusiya aparatlarına sözügedən peykləri izləmək və onlara elektron mübarizə vasitələri ilə təsir göstərmək imkanı yarada bilər.
Bununla belə, sözügedən məlumatlar hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.
Nicat Osmanlı