Rusiyalı hərbi jurnalist İvan Zuyev Zaporojyedə həlak oldu
Rusiyalı hərbi jurnalist İvan Zuyev Ukraynanın Zaporojye vilayətində öldürülüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Rossiya Seqodnya” agentliyi məlumat yayıb,
Məlumata görə, Zuyev Ukraynaya məxsus pilotsuz uçuş aparatı (PUA) zərbəsi nəticəsində həlak olub.
Hadisə zamanı onunla birlikdə olan digər hərbi müxbir Yuri Voitkeviç isə ağır yaralanıb.
Aynur TAC