Rusiyadakı bu abidə Tokionu ayağa qaldırdı: “Təcili sökülsün!”
Yaponiya Rusiyanın Xabarovsk şəhərində Sovet İttifaqının Yaponiya üzərində qələbəsinə həsr olunmuş abidənin sökülməsini tələb edib.
TodayPress TV xəbər verir ki, sentyabrın 4-də Xabarovskda Yaponiya üzərində qələbəyə həsr olunan memorialın açılış mərasimi keçirilib. Bürünc heykəldə sovet əsgərinin üzərində xrizantema təsviri olan gerbli sərhəd dirəyini məhv etməsi əks olunub.
Yaponiya Baş naziri Sanae Takaichi bildirib ki, xrizantema ölkənin simvollarından biri kimi tanınır və onun məhv edilməsini əks etdirən abidənin ucaldılması qəbuledilməzdir.
“Bu, Yaponiya xalqının hisslərinə toxunan məsələdir. Hökumət Rusiya tərəfdən abidənin quraşdırılmasını dayandırmağı və onun sökülməsini qəti şəkildə tələb edib. Biz onun sökülməsi tələbində israr etməyə davam edəcəyik”, - Takaichi “X” sosial şəbəkəsində yazıb.
Kübra Musayeva