Rusiyada səfərbərlik iddialarına CAVAB

Rusiyada səfərbərlik iddialarına CAVAB
11.09.2026 20:20 Dünya

Rusiyada yeni səfərbərlik elan olunacağı ilə bağlı yayılan məlumatlar yalan və təxribat xarakterli adlandırılıb.

TodayPress TV-nin məlumatına görə, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, bu cür şayiələr Dövlət Dumasına keçiriləcək seçkilər ərəfəsində əhalini qızışdırmaq məqsədi daşıyır.

Onun sözlərinə görə, hazırda ölkədə səfərbərliyə ehtiyac yoxdur.

“Bu məsələ ilə birbaşa Ali Baş Komandanın tapşırığı əsasında məşğul oluram və bəyan edə bilərəm ki, bizim səfərbərliyə heç bir ehtiyacımız yoxdur. Müqavilə əsasında hərbi xidmətə cəlbetmə tempi hətta əvvəlcədən nəzərdə tutduğumuz göstəricilərdən də yüksəkdir”, - Medvedev deyib.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər