Rusiyada hərbi təyyarə qəzası: Göyərtədəki hamı həlak oldu
Rusiyanın Kemerovo vilayətində "An-12" hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb, təyyarənin göyərtəsində ekipaj üzvləri ilə birlikdə 19 nəfər olub və onların hamısı həlak olub.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Noyabrın 17-də Kemerovo vilayətində planlı uçuşu yerinə yetirərkən An-12 hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Təyyarə yaşayış olmayan əraziyə düşüb. Göyərtədə ekipaj üzvləri ilə birlikdə 19 nəfər olub və onların hamısı həlak olub”, – deyə hərbi qurumdan bildirilib.
Qəzanın ilkin səbəbi texniki nasazlıqdır.
Aysel Mətləb