Rusiya Yaponiyanın etirazını ciddiyə almadı: “Cəfəngiyyatdır”

Rusiya Yaponiyanın etirazını ciddiyə almadı: “Cəfəngiyyatdır”
11.09.2026 20:49 Dünya

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Yaponiyanın BMT-nin yeni dünya xəritəsi ilə bağlı etirazını sərt şəkildə şərh edib.

TodayPress TV xəbər verir ki, bundan əvvəl “The Guardian” Yaponiya hakimiyyətinin BMT tərəfindən qəbul edilən yeni dünya xəritəsində Kuril adalarının Rusiyanın ərazisi kimi göstərilməsinə etiraz etdiyini yazıb. Tokio xəritədəki təsvirin dəyişdirilməsini tələb edib.

Uşakov isə jurnalistlərin sualını cavablandırarkən Yaponiyanın tələbinə “Bu, hansısa cəfəngiyyatdır, sadəcə cəfəngiyyatdır” deyə münasibət bildirib.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər