Rusiya XİN: Moldovanın MDB-dən çıxması vaxt aparacaq

Dünya

21.01.2026 15:33

Moldovanın Müstəqil Dövlətlər Birliyindən (MDB) çıxışı Nizamnaməyə uyğun olaraq mərhələli şəkildə həyata keçirilməlidir.

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, MDB Nizamnaməsinin 9-cu maddəsinə əsasən, üzv dövlət təşkilatdan çıxmaq niyyətini ən azı 12 ay əvvəl MDB İcraiyyə Komitəsinə yazılı şəkildə bildirməlidir. Bundan sonra çıxış üçün başlanğıc tarix müəyyən edilir və çıxan dövlətin tərəf olduğu MDB orqanlarının müqavilə və qərarlarına yenidən baxılması prosesi başladılır.

Xatırladaq ki, Moldovanın xarici işlər naziri Mixay Popşoy ölkənin MDB-dən tam çıxışı üçün zəruri prosedurların başlandığını açıqlayıb. Onun sözlərinə görə, əvvəlcə parlament bu qərarı təsdiqləməli, daha sonra Xarici İşlər Nazirliyi təşkilata rəsmi bildiriş göndərməlidir. Moldova tərəfi bütün prosesin 12 ay çəkəcəyini bildirib.

Aysel Mətləb

TodayPress TV

tag: Rusiya ,Zaxarova ,MDB ,Moldova,Todaypress.tv,