“Mercedes”ə çatmaq xülyadır? Şumaxer “Ferrari”nin əsas problemini göstərdi
Sabiq “Formula-1” pilotu Ralf Şumaxer İspaniya Qran-prisi həftəsonu ərzində “Ferrari”nin rəhbəri Frederik Vassörün komanda pilotlarının səhvlərindən narahat və əsəbi olduğunu hiss etdiyini bildirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “Gpblog” nəşrinə açıqlamasında qeyd edib.
“Dünənki müsahibəmiz zamanı məndə elə bir təəssürat yarandı ki, Fred Vassör gərgin idi və açıq şəkildə sürücülərin səhvlərindən danışırdı. Əgər onlar “Mercedes”ə çatmaq istəyirlərsə, bu cür səhvlərə son qoyulmalıdır”, – deyə Şumaxer bildirib.
Madriddə çalışan Şumaxer Vassörün bu əhval-ruhiyyəsini komanda üçün uğursuz keçən İtaliya Qran-prisi ilə əlaqələndirib. Həmin yarışda Lyuis Hemilton və Şarl Lekler startdan etibarən mübarizə aparmış, Lekler isə ikinci dövrədə baş verən qəza səbəbindən mübarizəni vaxtından əvvəl dayandırmalı olmuşdu. Şumaxerin fikrincə, məsuliyyət komandanın əməliyyat işinin deyil, birbaşa pilotların üzərinə düşür.
Namiq HUN