Lerikdə zəlzələ oldu
Yardımlı stansiyasından 23km cənub-şərqdə Lerik rayonunda 3.1 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress TV xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 3.1, dərinliyi isə 19 km olub.