London klubunda yeni era: Bouli getdi, hədəflər bəlli oldu!

London klubunda yeni era: Bouli getdi, hədəflər bəlli oldu!
17.09.2026 16:09 İdman

“Çelsi” klubu rəhbərlikdəki dəyişikliklərdən sonra rəsmi bəyanat yayıb. 

TodayPress TV xəbər verir ki, London təmsilçisi saytı vasitəsilə azarkeşlərinə müraciət ünvanlayıb. 

“Dünənki gün “Çelsi” tarixində vacib bir mərhələnin və yeni bir fəslin başlangıcı oldu. Vidalaşdığımız tərəfdaşlarımıza təşəkkür edir, kluba verdikləri töhfələrə görə minnətdarlığımızı bildiririk. Biz vahid məqsəd, aydın istiqamət və gələcəyə inamla irəliləyirik. Ambisiyalarımız bəllidir: ən yüksək səviyyədə mübarizə aparmaq, böyük titullar qazanmaq və davamlı uğurlara imza atmaq.

“Çelsi” azarkeşləri bu klubun ürəyidir və 120 ildən artıqdır ki, onun əsl qoruyucularıdır. Kluba sahiblik məsuliyyəti bizim üzərimizdə olsa da, bu, hər zaman sizin klubunuz olaraq qalacaq. Sizi dinləməyə, həm meydanda, həm də meydandan kənarda fəxr edə biləcəyiniz bir “Çelsi” qurmağa çalışırıq.

Meydandakı uğur hər zaman əsas prioritetimiz olacaq. Bu, Premyer Liqada və digər böyük turnirlərdə çempionluq uğrunda mübarizə aparmaq, eyni zamanda komandaya davamlı sərmayə qoymaq üçün klubun kommersiya potensialını gücləndirmək deməkdir. Həmçinin klubun gələcək infrastrukturlarına da diqqət ayıracağıq - gələcək nəsillər üçün düşünülmüş investisiyalar edəcək və doğru uzunmüddətli həllər axtaracağıq.

“Çelsi”nin nəyə nail ola biləcəyi ilə bağlı ambisiyalarımız böyükdür və eyni zamanda bu böyük kluba rəhbərlik etməyin məsuliyyətini dərk edirik. “Çelsi”nin irəliyə getməsi üçün birlikdə çalışmağa davam edəcəyik”, – deyə “zadəganlar”ın rəsmi bəyanatında bildirilir.

Xatırladaq ki, bir gün əvvəl amerikalı biznesmen Todd Bouli “Çelsi”nin Direktorlar Şurasının sədri vəzifəsindən istefa verib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 SENTYABR 2026
Bütün Xəbərlər