6 final, 6 çempionluq! Bleyk Qriffin Cordanın niyə əlçatmaz olduğunu izah etdi
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) sabiq oyunçusu, hazırda ekspert kimi fəaliyyət göstərən Bleyk Qriffin Maykl Cordan və Lebron Ceyms arasındakı əbədi mübahisədə növbəti dəfə Cordanın tərəfini tutaraq onu tarixin ən yaxşısı adlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə “Fadeaway World” nəşri məlumat yayıb.
“Düşünürəm ki, Maykl Cordan bütün zamanların ən böyük basketbolçusudur, çünki o, tarixən ən möhtəşəm karyeraya sahib olub”, – deyə Qriffin bildirib.
Bleyk əvvəllər də bu mövqeni müdafiə edib. O, Cordanın NBA finallarındakı 6-0 hesablı mütləq üstünlüyünü və qazandığı titulları xüsusi vurğulamışdı:
“Ən vacib məsələ qələbələrdir. Maykl altı dəfə finala çıxıb və hər altısında da çempion olaraq finalın ən dəyərli oyunçusu (MVP) seçilib. Əgər geriyə boylanıb onun statistikasına, nailiyyətlərinə və bunları necə etdiyinə baxsaq, kiməsə Cordanı keçməyə imkan verəcəyimizə inanmıram. Çünki biz sadəcə hər xırdalıqda qüsur axtarmaqla məşğuluq”.
Namiq HUN