Rusiya Ukraynaya PUA hücumu etdi, ölənlər var

Rusiya Ukraynaya PUA hücumu etdi, ölənlər var
17.05.2025 09:40 Dünya

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Sumı vilayətinin Belopolye yaxınlığında mülki şəxslərin olduğu avtobusa zərbə endirməsi nəticəsində səkkiz nəfər həlak olub, yaralılar da var. 

TodayPress TV xəbər verir ki, bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov məlumat yayıb.

Məlumata görə, xilasetmə əməliyyatı davam edir. 

"Təəssüf ki, rusların mülki şəxslərin olduğu avtobusa hücumu nəticəsində ölənlər var. İlkin məlumata görə, 8 nəfər həlak olub" deyə o bildirib. 

Bundan əlavə, Vilayət Hərbi Administrasiyasının rəhbəri atəş nəticəsində 5 nəfərin yaralandığını bildirib.

XƏBƏR LENTİ
20 IYUL 2026
Bütün Xəbərlər