Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum etdi

Rusiya Ukraynada nüvə yanacağı anbarına PUA ilə hücum etdi
07.06.2026 12:50 Dünya

Ukraynanın “Enerqoatom” şirkəti Rusiyanı nüvə yanacağı anbarına pilotsuz uçuş aparatı ilə hücum etməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, şirkətin yaydığı məlumata görə, zərbə gecə saat 02:10-da endirilib.

Bildirilib ki, hücum nəticəsində konteynerlərin qəbul edildiyi bina qismən dağılıb. Həmin binada istifadə olunmuş nüvə yanacağı saxlanılmadığından radiasiya təhlükəsi yaranmayıb.

“Enerqoatom”un məlumatına görə, obyektin ərazisində radiasiya fonu normativ həddə qalır və hadisə nəticəsində xəsarət alan olmayıb.

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər