Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var

Rusiya ordusu Poltavanı bombaladı - Ölənlər və yaralılar var
21.06.2026 11:22 Dünya

Rusiya qoşunlarının Ukraynanın Poltava bölgəsinə hava hücumu nəticəsində iki nəfər həlak olub, 13 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə regional hərbi administrasiyanın rəhbəri Vitali Dyakovniç özünün Telegram kanalında məlumat verib.

"Dünən düşmən Poltava rayonuna hücum edib, iki müəssisəyə zərbə endirilib. Yaralananların sayı 13-ə çatıb, onlardan altısı uşaqdır. Təəssüf ki, dağıntılar altından bir cəsəd tapılıb. Daha bir nəfər xəstəxanada ölüb", - deyə o yazıb.

Onun sözlərinə görə, hücum nəticəsində biznes binalarına, avtomobillərə və yaxınlıqdakı yaşayış binalarına ziyan dəyib, həmçinin elektrik kəsintisi yaranıb:

"Energetiklər elektrik təchizatını bərpa etmək üçün çalışırlar".

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUN 2026
Bütün Xəbərlər