Rusiya bir ayda ABŞ-ın 14 ildə verdiyi itkini verdi - Şok rəqəmlər
Rusiya ordusu son aylarda hər ay 40 mindən çox hərbçi itirir.
TodayPress TV xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte bildirib.
Onun sözlərinə görə, bu rəqəmə həlak olan və ağır yaralanan hərbçilər daxildir. Rutte oktyabr ayında Rusiyanın itkilərinin 50 mini keçə biləcəyini deyib.
O, müqayisə üçün qeyd edib ki, ABŞ Vyetnam müharibəsinin 14 ili ərzində təxminən 56 min hərbçi itirib.
NATO baş katibi Rusiyanın Avropa ölkələrinə qarşı hibrid hücumlarını da intensivləşdirdiyini bildirib. Onun sözlərinə görə, Rusiya kəşfiyyatının istifadə etdiyi vasitələrə yanğın törətmə, dron təxribatları və kiberhücumlar daxildir.
O əlavə edib ki, Moskva Ukraynaya dəstəyi zəiflətməyə çalışır. NATO isə buna cavab olaraq Kiyevə hərbi yardımını artıracaq.
Jalə Rövşən