Rusiya ABŞ-nin Kuba planını pislədi - Moskvadan rəsmi bəyanat

Dünya

21.05.2026 20:26

Rusiya ABŞ-nin Kubada hakimiyyəti dəyişmək kimi açıq-aşkar məqsədlə Kuba rəhbərliyinə göstərdiyi təzyiqləri kəskin şəkildə pisləyib.

TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd olunub ki, ABŞ Kubaya qarşı hərbi müdaxilə ehtimalını nümayiş etdirmək üçün əlindən gələni edir və bu prosesdə Venesuelada baş verən hadisələrlə oxşarlıqlar var.

Moskva Kubanın iqtisadi cəhətdən boğulmasına yönəlmiş birtərəfli məhdudlaşdırıcı tədbirləri (sanksiyaları) qəbuledilməz hesab edir. Rusiya XİN-in bəyanatında rəsmi Moskvanın Kuba xalqı və hakimiyyəti ilə həmrəy olduğu xüsusilə vurğulanıb.

TodayPress TV

tag: Rusiya ,Kuba,ABŞ,XİN,TodayPress TV,