Rumıniyanın kurort şəhəri ayıların “istilasına” məruz qaldı

Rumıniyanın kurort şəhəri ayıların “istilasına” məruz qaldı
13.09.2026 03:40 Dünya

Rumıniyanın Braşov şəhərinin ətrafında təxminən 100 ayının görünməsi qeydə alınıb.

TodayPress TV xəbər verir ki, ilin əvvəlindən heyvanların şəhər küçələrində görünməsi ilə bağlı təcili yardım xidmətinə təxminən 465 müraciət daxil olub.

Bu müraciətlərdən sonra 13 ayı ərazidən götürülüb.

Braşov meriyasının nümayəndəsi Daniela İon bildirib ki, şəhər sakinləri küçələrdə ayıların görünməsinə artıq öyrəşiblər. Onun sözlərinə görə, ayılar şəhərin qeyri-rəsmi simvoluna çevrilib.

Rəsmi məlumatlara əsasən, Braşov ərazisində təxminən 100 ayı yaşayır. Halbuki yerli meşələrdə onların sayının 15-dən çox olmaması nəzərdə tutulur. Sayın çox olması səbəbindən ayılar qida axtarmaq üçün şəhər ərazilərinə, o cümlədən otellərin yaxınlığına gəlirlər.

Aysel Mətləb

XƏBƏR LENTİ
20 SENTYABR 2026
Bütün Xəbərlər