Rubio Qərbi “B planı”na çağırdı - Hörmüz bağlanarsa nə olacaq?

Dünya

22.05.2026 18:06

Qərb Hörmüz boğazında mümkün hərbi missiyanın başladılması barədə düşünməyə başlamalıdır.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio İsveçdə keçirilən NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.

"Əgər İran bir neçə həftədən sonra Hörmüz boğazını bağlı saxlamaq qərarına gəlsə, nə edəcəyimiz barədə düşünməyə başlamalıyıq. Belə bir vəziyyətdə kimsə bununla bağlı addım atmalı olacaq. Biz bu barədə düşünməyə başlamalıyıq. Mən bugün bu məsələyə toxundum", - deyə o bildirib.

Rubio qeyd edib ki, NATO ölkələri buna öz töhfələrini verə bilərlər. Onun sözlərinə görə, mütləq bir "B planı"na ehtiyac var.

Aysel Mətləb

TodayPress TV

tag: Hörmüz ,Qərb ,NATO,İran ,TodayPress TV,