Rubio: "İranın yüksək dairələrindəki fikir ayrılıqları ABŞ ilə dialoqa mane olur"
Dünya
28.04.2026 06:33
Vaşinqton və Tehran arasında razılaşmanın əldə olunması yolunda ən böyük maneə İran rəhbərliyindəki parçalanmadır.
TodayPress TV xəbər verir ki, bu fikri ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News"a müsahibəsində bildirib.
Onun sözlərinə görə, iranlı müzakirəçilərlə tez-tez ölkə hakimiyyətinin nümayəndələri arasında fikir ayrılıqları olur ki, bu da sülh danışıqları imkanlarını ciddi şəkildə məhdudlaşdırır.
"Ölkə daxilində (İran - red.) dərin parçalanma var və düşünürəm ki, bu həmişə belə olub, lakin indi özünü daha güclü göstərir. İranı anlamağın ən yaxşı yolu, hazırda orada siyasi bir sinfin formalaşdığını başa düşməkdir. Bilirsiniz, insanlar mötədillər və sərt xətt tərəfdarları haqqında danışırlar. Ölkəni və iqtisadiyyatı idarə etməli olduqlarını anlayanlar var, bir də yalnız teologiyanı (ilahiyyat) rəhbər tutanlar var", - Rubio bildirib.
O, İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH), Ali lideri və onun ətrafını sərt xətt tərəfdarlarına, İranın xarici işlər nazirini, Prezidentini və parlamentin spikerini isə mötədillərə aid edir.
tag: Vaşinqton,Tehran,İran,
