Rubio İranın Hörmüzdəki "nəzarət modelini" rədd etdi

Dünya

27.04.2026 23:15

İranın Hörmüz boğazı üzərində təsirini qoruyub saxlamaq cəhdləri Vaşinqton üçün qəbulolunmazdır.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, ABŞ İranın strateji əhəmiyyətli dəniz marşrutu vasitəsilə gəmilərin keçidini faktiki olaraq tənzimlədiyi və ya ondan istifadəyə görə şəxsi rüsumlar tətbiq etdiyi bir vəziyyətlə razılaşa bilməz. Rubio qeyd edib ki, bu cür model beynəlxalq boğazı təzyiq alətinə çevirir.

Dövlət katibinin fikrincə, boğazın açılması Tehran tərəfindən tətbiq edilən icazə sistemi və ya İran tərəfi ilə razılaşdırılmadan həyata keçirilən gəmiçiliyə qarşı təhdidlərin mövcudluğu demək deyil:

“Əgər onlar boğazların açılması dedikdə, “bəli, boğazlar açılıb, bir şərtlə ki, İranla koordinasiya edəsiniz, bizdən icazə alasınız, əks halda sizi partladacağıq və bizə ödəniş etməlisiniz” məntiqini nəzərdə tuturlarsa, bu, boğazların açılması deyil".

Rubio, həmçinin ABŞ-nin bunu dözmək niyyətində olmadığını əlavə edib.

Aysel Mətləb

TodayPress TV

tag: Marko Rubio,ABŞ,İran,Hörmüz,TodayPress TV,