“Rosatom”: İrana dəstəyə hazırıq!

Dünya

19.02.2026 17:39

“Rosatom” Dövlət Korporasiyası İrandan yüksək dərəcədə zənginləşdirilmiş uranın çıxarılması ilə bağlı texnoloji dəstək göstərməyə hazırdır.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, bu barədə “Rosatom”un baş direktoru Aleksey Lixaçev məlumat verib.

Onun sözlərinə görə, hazırda danışıqlar müxtəlif formatlarda aparılır və yüksək dərəcədə zənginləşdirilmiş uranın gələcək taleyi ilə bağlı bir neçə ssenari müzakirə olunur.

“Rusiya 10 il əvvəl oxşar vəziyyətdə İrana yardım göstərmək təcrübəsinə malikdir. Həmin təcrübəyə əsaslanaraq, biz bu işi həyata keçirməyə hazırıq. Prosesin parametrləri ilk növbədə İran rəhbərliyi tərəfindən müəyyən ediləcək. Aparılan danışıqları nəzərə alaraq, gec-tez İran zənginləşdirilmiş uranın taleyi ilə bağlı qərar qəbul edəcək. Biz isə öz növbəmizdə istənilən məsələnin texnoloji həllini İranın nüvə alimləri və İran xalqı ilə tərəfdaşlıq ruhunda təmin etməyə hazırıq”, – deyə Lixaçev bildirib.

Jalə Rövşən 

TodayPress TV

tag: “Rosatom”,İran,Uran ,Aleksey Lixaçev,Todaypress.tv,