"Reuters": Pakistan İran və ABŞ-yə atəşkəs planı təklif etdi

Dünya

06.04.2026 13:43

Pakistan İran və ABŞ arasında dərhal atəşkəs elan edilməsini, Hörmüz boğazının açılmasını və hərtərəfli razılaşmanın əldə olunmasını nəzərdə tutan çərçivə sazişi layihəsi hazırlayıb.

TodayPress TV  xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Lakin adı açıqlanmayan İran rəsmisi agentliyə bildirib ki, İran sülh əldə olunana qədər boğazı açmayacaq.

Pakistanın təklifinə görə, atəşkəs dərhal qüvvəyə minməli və tərəflər növbəti 15–20 gün ərzində sülh danışıqlarını başa çatdırmalıdır.

"Reuters"in məlumatına görə, Pakistan ordusunun rəisi Asim Munir dünən gecə ABŞ-nin  vitse-prezidenti J.D. Vance, ABŞ-nin xüsusi elçisi Stiv Vitkoff və İranın xarici işlər naziri Abbas Araqçi ilə danışıqlar aparıb.

Jalə Rövşən 

TodayPress TV

tag: İran ,Pakistan ,ABŞ,Hörmüz boğazı,Todaypress.tv,