Qustavo Petro: "Dünya müharibəsini dayandırmaq üçün gedirəm"

Dünya

10.01.2026 17:50

Kolumbiya Prezidenti Qustavo Petro "Üçüncü Dünya müharibəsini dayandırmaq üçün" ABŞ-yə səfər edəcəyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə o, "CBS" telekanalına verdiyi müsahibəsində danışıb.

Bölgədəki gərginlikdən narahatlığını ifadə edən Petro, ölkəsinin müdafiə imkanlarının zəif olduğunu etiraf edib:

"Venesueladakı raket və helikopter görüntülərini görəndə təhlükəni hiss etməmək mümkün deyil, çünki bizim heç hava hücumundan müdafiə sistemimiz də yoxdur. Əgər Kolumbiya prezidentinə qarşı hər hansı sui-qəsd və ya təxribat baş verərsə, bu, ölkədə vətəndaş müharibəsinə və ABŞ-yə qarşı böyük nifrətə səbəb olar. Belə bir gərginlik hər kəs üçün yanlış və təhlükəli siyasət olardı".

Aysel Mətləb

TodayPress TV

tag: Qustavo,Kolumbiya ,Venesuela,ABŞ,Tramp,Todaypress.tv,