Qruşko: "Rusiya NATO ilə müzakirələrə hazırdır"

Dünya

19.02.2026 12:43

Rusiya 2021-ci ildə NATO ilə danışıqlarda irəli sürdüyü təhlükəsizlik zəmanətləri üzrə təklifləri yenidən təqdim etməyə hazırdır.

TodayPress TV "RİA"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko bildirib.

Qruşko qeyd edib ki, Rusiya 2021-ci ildə NATO ilə təhlükəsizlik zəmanətləri ilə bağlı irəli sürdüyü təklifləri yenidən danışıqlar masasına çıxarmağa hazırdır. Onun sözlərinə görə, həmin təkliflər aktuallığını qoruyur və bu cür zəmanətlərin tətbiqi ölkənin təhlükəsizliyini gücləndirə bilər.

Xatırladaq ki, 2021-ci ildə Rusiya Xarici İşlər Nazirliyi ABŞ və NATO-ya təhlükəsizlik tədbirlərini əhatə edən beynəlxalq müqavilə layihələri təqdim etmişdi. Təkliflərdə Şimali Atlantika Alyansının Ukraynada mövcudluğunu genişləndirməməsi tələbi də yer alırdı.

Jalə Rövşən 

TodayPress TV

tag: Rusiya ,NATO,Aleksandr Qruşko, Rusiya Xarici İşlər Nazirliyi,Todaypress.tv,