Qazaxıstanda niqab taxan qadınlar cərimələndilər
Dünya
24.04.2026 19:00
Almatıda ictimai yerlərdə üzü örtən niqab geyinən bir neçə qadın cərimələnib.
TodayPress TV xəbər verir ki, bu barədə şəhər polis idarəsinin mətbuat xidməti məlumat yayıb.
Hadisə sosial mediada yayılan bir video əsasında polis tərəfindən aşkarlanıb.
Məlumata görə, videoda üzləri örtülü qadınlarla birlikdə bir kişi də görünür. Araşdırma nəticəsində həmin görüntülərin səhnələşdirildiyi və kommersiya məqsədi ilə çəkildiyi müəyyən edilib.
Bununla belə, iştirakçıların ictimai yerlərdə üz tanıma sistemlərinə mane ola biləcək geyimlərdən istifadə etməsi qanun pozuntusu kimi qiymətləndirilib və onlar inzibati məsuliyyətə cəlb olunublar.
Qazaxıstanda 2025-ci ilin yayından etibarən ictimai yerlərdə üzü gizlədən geyimlərə qadağa qüvvədədir. Qanun Prezident Kasım-Jomart Tokayev tərəfindən imzalanıb.
Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi bu qərarı dəstəkləyərək bildirib ki, məqsəd dini məhdudlaşdırmaq deyil, ictimai təhlükəsizliyi təmin etməkdir. İdarə həmçinin qadınların üzlərini örtməsinin dini baxımdan məcburi olmadığını vurğulayıb.
Türkan İsgəndərli
tag: Niqab,Hicab,Qazaxıstan,Cərimə,Todaypress.tv,
