Qatar niyə relsdən çıxdı? – Fransadakı qəzanın pərdəarxası
Fransanın şimalında qatarın relsdən çıxması ilə bağlı istintaq hadisənin qəsdən törədilmiş ola biləcəyi versiyasına üstünlük verir.
TodayPress TV xəbər verir ki, Turvil və Elböf-Sen-Oben stansiyaları arasında, Kleon kommunası yaxınlığındakı dəmir yolunda qatarın relsdən çıxmasına səbəb ola biləcək rels parçası aşkarlanıb.
Ruan şəhərindən Kana gedən və 186 sərnişin daşıyan TER qatarı saatda 140 kilometr sürətlə hərəkət edərkən relsdən çıxıb.
Qəza nəticəsində 44 nəfər xəsarət alıb. Onlardan 18 yaşlı qız ağır xəsarətlərlə helikopterlə Ruan Universitet Xəstəxanasına çatdırılıb, digər yaralıların vəziyyəti yüngül və orta ağır qiymətləndirilib.
Qatarın maşinində aparılan alkoqol və narkotik testlərinin nəticəsi mənfi olub. İstintaqın uzun müddət davam edəcəyi bildirilib.
Aysel Mətləb