Qara dənizdə mülki gəmilər üçün təhlükəsizlik dəhlizi yaradıla bilər
Dünya
02.12.2025 12:31
Türkiyə sahillərində tankerlərə edilən hücumlardan sonra hərbi gəmilərin mülki gəmiləri müşayiət etməsi üçün Qara dənizdə təhlükəsizlik dəhlizi yaradıla bilər.
TodayPress TV xəbər verir ki, bu barədə türk təhlükəsizlik eksperti Günger Yavuzaslan məlumat verib.
"Türkiyə Hərbi Dəniz Qüvvələri mülki gəmiçiliyin təhlükəsizliyini təmin etmək vəzifəsini öz üzərinə götürə bilər", - deyə ekspert vurğulayıb.
Hərbi ekspert Can Erenoğlu da oxşar fikri bildirib:
"Dünyada açıq dənizlərdə mülki gəmilərin hərbi müşayiət nümunələri var. Türkiyə sahillərində tankerlərə edilən son hücumlarla əlaqədar bu cür tədbirlər Qara dənizdə həyata keçirilə bilər".
Xatırladaq ki, daha əvvəl Rusiyadan Gürcüstana gedən “Midvolqa 2” tankeri Türkiyə sahillərindən 80 mil aralıda hücuma məruz qalıb. Bu, son beş gündə Türkiyənin Qara dənizdəki müstəsna iqtisadi zonasında tankerlərə qarşı üçüncü hücumdur.
Aysel Mətləb
tag: Qara dəniz,Gəmi,Dəhliz,Tanker,Todaypress.tv,
