Qaqik Çarukyan Paşinyana meydan oxudu: Sübut edin!
Dünya
21.05.2026 19:53
"Çiçəklənən Ermənistan" partiyasının lideri və iş adamı Qaqik Çarukyan partiyasının deputatlığa namizədi Andranik Tevanyana qarşı casusluq ittihamları ilə bağlı sübut tələb edib.
TodayPress TV xəbər verir ki, Çarukyan Tevanyan haqqında deyilən hər şeyin böhtan olduğunu bildirib.
"Andranik Tevanyan mənim dostum və həmkarımdır. Bütün komandamız onun yanındadır. Qoy onun casus olduğunu sübut etsinlər. Əgər sübut edə bilmirlərsə, bu böhtana görə məsuliyyət tələb edirik. Əgər sübut edə bilirlərsə, mən şəxsən dostumu güllələyəcəyəm. Sübut etmirlərsə, onda böhtan atanların mənim şir qəfəsimə girməsinə icazə verin", - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Vanadzorda keçirilən təşviqat kampaniyası zamanı Andranik Tevanyanı dövlətə xəyanətdə ittiham edib.
tag: Andranik Tevanyan,Qaqik Çarukyan, Nikol Paşinyan,TodayPress TV,
