Qalıq yanacaq dövrü bitir? - İranla bağlı enerji gərginliyi elektrikləşməni sürətləndirir
İranla bağlı qlobal enerji böhranı elektrikləşməni sürətləndirəcək, çünki ölkələr daxili enerji təhlükəsizliyini yaxşılaşdırmağa və özlərini qalıq yanacaq qiymətlərinin şoklarından qorumağa çalışırlar.
TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol danışıb.
"Bir çox hökumətlər öz enerji strategiyalarına, siyasətlərinə, tərəfdaşlıqlarına və texnologiya seçimlərinə yenidən baxırlar və mən gözləyirəm ki, bu böhran elektrikləşməyə əlavə bir təkan verəcək", - deyə o qeyd edib.
Aysel Mətləb