Putinin Uitkoff və Kuşnerlə görüşü başladı

Putinin Uitkoff və Kuşnerlə görüşü başladı
02.12.2025 21:06 Dünya

Rusiya Prezidenti Vladimir Putinin Moskvada ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşə başlayıb.

TodayPress TV bu barədə Rusiya KİV-ə istinadən məlumat yayıb.

Tərəflər Rusiya‑Ukrayna müharibəsinin həlli yollarını, xüsusilə münaqişənin nizamlanması üzrə Vaşinqton tərəfindən təklif olunan sülh planını müzakirə edəcəklər.

Görüşdə, həmçinin Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov və Putinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev iştirak edir.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər