Putinin köməkçisi: "Rusiyadan olan tanınmış iş adamı Kiyevə səfər edib"
"Kifayət qədər tanınmış və kifayət qədər nüfuzlu iş adamı Rusiyadan Kiyevə səfər edib".
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov "Vesti"nin jurnalisti Pavel Zarubinə müsahibəsində bildirib.
Uşakov, həmçinin Rusiyanın Ukrayna hakimiyyəti ilə təmaslarından danışıb. Prezidentin köməkçisinin sözlərinə görə, Moskvanın Kiyevlə həm açıq, həm də qapalı təmasları var.
Uşakov əlavə edib ki, açıq təmaslar hər iki tərəfin bir neçə raund danışıqlar apardığı vaxt mövcud olub.