Putinin dünyaya meydan oxuyan silahı sınaqdan keçmədi

Putinin dünyaya meydan oxuyan silahı sınaqdan keçmədi
11.09.2026 18:09 Dünya

Rusiya “Avanqard” hipersəs silahının sentyabrın əvvəlində keçirilməsi planlaşdırılan sınaq buraxılışını ləğv edib.

TodayPress TV xəbər verir ki, məlumatlara görə, sınağın sentyabrın 3-5-də Orenburq vilayətində yerləşən Dombarovski poliqonunda keçirilməsi nəzərdə tutulub. Burada “Avanqard” kompleksləri ilə silahlanmış Rusiyanın yeganə Strateji Raket Qoşunları diviziyası yerləşir.

Bununla bağlı Rusiya əvvəlcədən NOTAM yayımlayaraq, ehtimal olunan buraxılış və raket hissələrinin düşmə ərazilərində uçuşları məhdudlaşdırıb. Tümen vilayətinin bir sıra rayonlarında yaşayanlara da xəbərdarlıq edilib. Sınağın əsasən sentyabrın 3-də, ehtiyat tarix kimi isə 4-də keçirilməsi gözlənilsə də, buraxılış baş tutmayıb.

“Avanqard”ın son uğurlu sınağı 2018-ci ilin dekabrında keçirilib. Rusiya Prezidenti Vladimir Putin daha əvvəl bu silahın “dünyada analoqu olmadığını” və sürətinin 27 Maxa çatdığını bildirib. Lakin bu göstəricilər bəzi ekspertlər tərəfindən şübhə ilə qarşılanır.

Bununla belə, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatlarına əsasən, “Avanqard” real olaraq mövcuddur və Rusiyanın silahlanmasında yer alır. İnstitutun qiymətləndirməsinə görə, 2026-cı ilin əvvəlində Rusiyanın təxminən 10 min kilometr mənzili olan 12 belə kompleksi olub.

Kübra Musayeva

XƏBƏR LENTİ
11 SENTYABR 2026
Bütün Xəbərlər