Putindən Çin vətəndaşları ilə bağlı MÜHÜM QƏRAR
Dünya
01.12.2025 11:53
Rusiya prezidenti Vladimir Putin Çin vətəndaşlarına 2026-cı il sentyabrın 14-dək qarşılıqlılıq prinsipi əsasında Rusiyada 30 günə qədər vizasız qalmalarına icazə verən fərman imzalayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Fərmana əsasən, “2026-cı il sentyabrın 14-dək Çin Xalq Respublikasının vətəndaşları adi Çin vətəndaşının pasportu ilə Rusiya Federasiyasına daxil olmaq və qonaq və ya işgüzar səfərdə, turist qismində elmi, mədəni, ictimai-siyasi, iqtisadi və idman tədbirlərində iştirak etmək, habelə Rusiya Federasiyası ərazisindən tranzit keçmək və Rusiya Federasiyasının ərazisindən keçməklə 30 gündən çox olmayaraq Rusiyada qalmaq hüququna malik olacaqlar”.
Qeyd edək ki, sentyabrın 15-dən Çində Rusiya vətəndaşları üçün sınaq vizasız rejimi başlayıb.
Nicat Osman
tag: Putin,Çin,Viza,Qərar,Todaypress.tv,
