Putin: “Kubaya qarşı yeni məhdudiyyətlər qəbuledilməzdir”
Dünya
18.02.2026 23:00
Rusiya Prezidenti Vladimir Putin Kubaya qarşı qoyulan yeni məhdudiyyətləri qəbuledilməz hesab edir.
TodayPress TV xəbər verir ki, bu barədə, o, Kuba xarici işlər naziri Bruno Rodrigez ilə görüşündə məlumat verib.
"İndi yeni sanksiyalarla bağlı xüsusi bir dövrdəyik. Buna necə yanaşdığımızı bilirsiniz. Biz belə bir şeyi qəbul etməyəcəyik".
Putin xatırladıb ki, Rusiya ilə Kuba arasında tarixən inkişaf etmiş xüsusi münasibətlər var:
"Biz həmişə Kubanın müstəqillik uğrunda, öz inkişaf yolunu müəyyənləşdirmək hüququ uğrunda mübarizəsində onun yanında olmuşuq və həmişə Kuba xalqını dəstəkləmişik. Biz bilirik ki, Kuba xalqı bu onilliklər ərzində öz qaydaları ilə yaşamaq və milli maraqlarını müdafiə etmək hüququ uğrunda mübarizə apararaq nə qədər çətinlik çəkib".
Aysel Mətləb
tag: Rusiya,Kuba,Putin,Rodrigez,Todaypress.tv,
