Putin Kiyevə zərbələri 3 gün dayandırmaq əmri verdi
Rusiya Prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin Moskva səfəri ərəfəsində Kiyevə üç gün ərzində zərbə endirilməməsi barədə göstəriş verib.
TodayPress TV xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov açıqlayıb.
Onun sözlərinə görə, müvəqqəti atəşkəs sentyabrın 5-i saat 01:00-dan sentyabrın 8-i saat 01:00-dək qüvvədə olacaq.
Peskov bildirib ki, Rusiya Ukraynanın da 5-8 sentyabr tarixlərində müvəqqəti atəşkəs elan etməsi barədə məlumat alıb.
Qeyd edək ki, Uitkoff və Kuşnerin olduğu ABŞ nümayəndə heyətinin təyyarəsi sentyabrın 5-də Moskvaya enib. Onları Rusiya Prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev qarşılayıb.
ABŞ nümayəndələrinin günün sonlarında Vladimir Putinlə görüşməsi, sentyabrın 6-da isə danışıqlar üçün Kiyevə getməsi gözlənilir.
Türkan İsgəndərli